Almaniyanın Dortmund şəhərində uşaqlarını girov saxlayan 51 yaşlı Serbiya vətəndaşı onları azad edib. Uşaqlardan heç biri xəsarət almayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Hadisə iyunun 2-də restoranda baş verən insidentlə başlayıb: bir kişi yoldan keçənləri hədələyərək onlara bibər qazı püskürdüb. Daha sonra o, maşınla hadisə yerindən qaçaraq evində gizlənib. Evə gələn polis məmuruna atəş açaraq onun güllə keçirməyən jiletini vurub.
Hücumçu daha sonra yeddi, on və on iki yaşlarında üç uşağını girov götürüb. Hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib və onunla danışıqlar başlayıb.
Yerli vaxtla təxminən saat 3:30-da kişi təslim olub.