AZ

OpenAI və SpaceX birjaya çıxır –Goldman Sachs bazarlarda 'tamahkarlıq rejimi' elan etdi

Bazarlar əsas süni intellekt şirkətlərinin görünməmiş kapital toplama dalğasına hazırlaşdıqca investorlar “tamahkarlıq rejiminə” keçiblər.

Azpost.info -nun məlumatına görə, bu barədə Goldman Sachs şirkətinin baş direktoru Devid Solomon CNBC-yə müsahibəsində deyib. Müsahibədə ondan OpenAI, Anthropic və SpaceX-in qarşıdan gələn IPO-larından bir sıra böyük səhm təkliflərinə tab gətirə bilib-bilməyəcəyi soruşulub.

Solomon qeyd edib ki, bu cür sövdələşmələr üçün bazarda kifayət qədər kapital var. “Əgər nünya nikbinliyini saxlasa, sistemdə kifayət qədər likvidlik var”,- deyə o vurğulayıb. “Biz hazırda açıq şəkildə tamahkarlığın qorxudan daha çox olduğu bir nöqtədəyik.”-Solomon əlavə edib.

Onun şərhləri son illərdə səhm təkliflərinin ən aktiv dövrlərindən biri ilə bağlı gözləntilər fonunda səslənir. İki aparıcı süni intellekt şirkəti, eləcə də Elon Maskın süni intellekt layihələrini özündə birləşdirən SpaceX birjalara trilyon dollarla çıxa bilər. Halbuki digər şirkətlər hələ məlumat mərkəzləri qurmaq, çiplər almaq və infrastruktur inkişaf etdirmək üçün böyük miqdarda pul toplayırlar.

Bu, bazarın belə böyük bir təklifi mənimsəyə biləcəyi ilə bağlı suallar doğurur.

Şirkətinin bir neçə belə sövdələşmədə iştirak etdiyi Solomon bu narahatlıqları əhəmiyyətsiz hesab edib. O, Alphabet-in səhm emissiyası vasitəsilə 80 milyard dollar toplamaq planlarını açıqlamasından sonra son səhm göstəriciləri  bazarın süni intellekt üçün açıq qaldığını deyir.

“Səhmlər çox yaxşı satılır. Bu, belə miqyasda olan təklifin ilk real nümunəsidir və bu, ümidvericidir”-deyə o vurğulayıb.

Solomon əlavə edib ki, güclü səhm və istiqraz bazarları şirkətləri imkanları olduğu müddətdə kapital toplamağa təşviq edir. “Əgər kapital tələb edən bir biznesiniz varsa və kapitalınız varsa, götürün”, – deyə o bildirib.

Solomon hazırkı vəsait toplama dalğasının miqyas baxımından görünməmiş olduğunu etiraf edib, lakin rekord səviyyəli sərvət və likvidlik bu cür prosesləri dəstəklədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, süni intellekt şirkətlərinin gəlirləri işçilərin və investorların mənfəəti vergilərə və yeni layihələrə yenidən investisiya qoyması ilə özünü təmin edən bir dövr yarada bilər.

“Acgözlük çox tez qorxuya çevrilə bilər, amma bu, onun olacağı anlamına gəlmir. Eyforiya uzun müddət davam edə bilər… Biz hələ dövrün əvvəlindəyik.”

AzPost.az

Seçilən
39
1
azpost.info

2Mənbələr