AZ

PAŞA Capital-da yeni rəhbər təyinatları açıqlanıb

PAŞA Capital investisiya şirkətində yeni rəhbər heyət formalaşdırılıb və şirkətin idarəetmə strukturunda dəyişikliklər edilib. Bu barədə qurumun sözçüsü Gülşən Cumayeva bildirib.

İsu  Mustafayev PAŞA Capital-ın baş icraçı direktoru (CEO) vəzifəsinə təyin olunub.

O,  şirkətdə idarəedici müşavir kimi fəaliyyət göstərib, sonradan baş icraçı direktorun köməkçisi vəzifəsində çalışıb.

Mustafayev maliyyə və idarəetmə sahəsində 25 ildən çox iş təcrübəsinə malikdir. O, müxtəlif dövrlərdə Azərbaycan Mərkəzi Bankında, kommersiya banklarında və digər maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb. Son olaraq Sədərək Poçt Bankda rəhbər vəzifə tutub.

Elnur Fətullayev isə PAŞA Capital-ın baş icraçı direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirəcək. O, şirkətə idarəetmə üzrə baş menecer kimi qoşulub, daha sonra  isə CEO müavini vəzifəsini icra edir.

Bununla yanaşı, PAŞA Capital-da idarəetmə modelinə də dəyişiklik edilib. Şirkətin İdarə Heyəti ləğv olunub və qərarların daha operativ qəbul edilməsi məqsədilə icraedici idarəetmə modeli tətbiq edilib. Yeni struktur çərçivəsində baş icraçı direktor şirkətin əsas icra orqanı kimi müəyyən edilib.

PAŞA Capital-ın səhmdarlıq strukturunda aparılan dəyişikliklər nəticəsində şirkət PAŞA Maliyyə Holdinqinin nəzarətinə keçib.

N.Təbrizli

Seçilən
32
18
anews.az

10Mənbələr