AZ

“Real” “İnter”in futbolçusu ilə anlaşdı

“Real” heyətini yeni müdafiəçi ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “İnter”in və Niderland millisinin sağ cinah müdafiəçisi Denzel Dumfrisin transferi ilə bağlı razılıq əldə edib. Bildirilir ki, “Real” futbolçunun müqaviləsində yer alan 20 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirəcək.

30 yaşlı müdafiəçi də Madrid klubuna keçməyə razılıq verib. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Dumfris ötən mövsüm bütün turnirlərdə 28 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
17
idmanxeber.az

1Mənbələr