AZ

Zelenski Fransaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya səfər edəcək.

Missiya.Az xəbər verir ki, Ukrayna lideri 15-17 iyun tarixlərində Evian-le-Ben şəhərində keçiriləcək G7 sammitində iştirak etmək üçün Fransaya yollanacaq.

Bildirilib ki, Zelenski burada Ukraynanın təhlükəsizliyi də daxil olmaqla bir sıra mövzuları qaldırmağı planlaşdırır.

Qeyd edək ki, G7 sammitində Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ-nin dövlət və hökumət başçıları iştirak edəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr