AZ

Bual Moninder Singh: Etnik azlıqlar asimilasiya təhlükəsi ilə üz-üzədir

BAKI, 3 iyun. TELEQRAF

Etnik azlıqlar asimilasiya təhlükəsi ilə üz-üzədir.

Teleqraf xəbər verir ki, bu barədə Kanada Siqh Federasiyasının sədri Bual Moninder Singh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda bildirib.

O, rəsmi Dehlinin hazırkı idarəçilik dövründə ifrat sağçı "Hindutva" ideologiyasını yürütdüyü, ölkədəki müxtəlifliyi sıxışdırdığı diqqətə çatdırılıb:

“Bəzi dairələrin özünü dünyaya "demokratiya beşiyi" kimi təqdim etməsinə baxmayaraq, pərdəarxasında asimilasiya dalğası mövcuddur. 1984-cü ilin iyununda Amritsardakı müqəddəs məkana edilən hərbi hücum bu zorakılığın ən qanlı səhifələrindəndir”.

Federasiya rəhbəri bu təzyiqlərin artıq qlobal xarakter aldığını söyləyib.

Seçilən
15
teleqraf.com

1Mənbələr