AZ

PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub

İsi Mustafayev PAŞA Kapital investisiya şirkətinə Baş icraçı direktor təyin olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

İsi Mustafayev bundan əvvəl investisiya şirkətinin Baş icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, İ.Mustafayev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.

2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə çalışıb. 2021-2022-ci illərdə "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsini icra edib. "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü olub və "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edib.

Seçilən
20
day.az

1Mənbələr