AZ

Aİ hərbi yaşda olan ukraynalılarla bağlı yeni plan hazırlayır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Bir sıra Avropa İttifaqı ölkələri hərbi xidmət yaşına çatmış ukraynalı kişilərin müvəqqəti müdafiə proqramından yararlanmasına məhdudiyyətlər tətbiq etməyi təklif edir. 

“Cebheinfo.az” bu barədə “Politico” nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna vətəndaşlarının Aİ-dəki hüquqi statusu iyunun 4-də üzv ölkələrin nazirləri səviyyəsində müzakirə olunacaq. 

Hazırda ukraynalılara Aİ ölkələrində yaşamaq, işləmək və təhsil almaq imkanı verən müvəqqəti müdafiə statusunun qüvvədə olma müddəti 2027-ci ilin martında başa çatır.

Müzakirələrin vaxtından əvvəl başlanmasını hazırda Aİ Şurasına sədrlik edən Kipr təklif edib. Kipr əhalisinin sayına nisbətdə ən çox ukraynalı qaçqın qəbul edən ölkələrdən biridir.

Mənbələrin sözlərinə görə, proqramın uzadılıb-uzadılmayacağı ilə bağlı yekun qərarın iyul ayından əvvəl verilməsi gözlənilmir.

Bununla yanaşı, Avropa Komissiyasının yaxın həftələrdə bu məsələ ilə bağlı rəsmi təklif təqdim edəcəyi ehtimal olunur.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr