AZ

Yaxın Şərqdəki gərginlik aviabiletləri bahalaşdırdı: qiymətlər əlavə 10-15% artıb » AzadMedia.az


Yaxın Şərqdəki münaqişə və yanacaq qiymətlərinin artması fonunda dünya üzrə aviabiletlərin qiyməti ənənəvi yay bahalaşmasından əlavə olaraq daha 10-15% yüksəlib.

Münaqişənin əsas təsiri Yaxın Şərqin turizm və tranzit marşrutlarından faktiki olaraq kənarda qalması ilə bağlıdır. Nəticədə nəqliyyat xərclərinin artması turizm sektorunda ən ciddi problemlərdən birinə çevrilib.

Vəziyyəti qlobal yanacaq bazarındakı böhran da ağırlaşdırır. Bu səbəbdən dünyanın aparıcı aviaşirkətləri uçuş proqramlarını yenidən nəzərdən keçirməyə məcbur olurlar.

Yüksək tələbat fonunda mövcud reyslərin sayının azalması aviabiletlərin qiymətlərinin daha da bahalaşmasına gətirib çıxarır.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları regionda nəqliyyat və turizm bazarına ciddi təsir göstərib. Buna baxmayaraq, tərəflər arasında əldə olunan atəşkəs və sonrakı danışıqlar vəziyyətin tam sabitləşməsinə gətirib çıxarmayıb.
Seçilən
18
1
azadmedia.az

2Mənbələr