AZ

Şahin Pənahov: Amritsar hadisələri etnik və dini azlıqların qorunması kontekstində qlobal müzakirələrin mövzusudur

Bakı, 3 iyun, AZƏRTAC

Amritsar hadisələri, sadəcə, bir xalqın tarixinin bir səhifəsi deyil. Bu, həmçinin beynəlxalq hüquq, insan hüquqları, eləcə də etnik və dini azlıqların qorunması kontekstində qlobal müzakirələrin mövzusudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda söyləyib.

O bildirib ki, ali təhsil müəssisələrinin missiyası təkcə bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmır. Bura, həmçinin sülhün möhkəmləndirilməsinə, mədəni kimliyin qorunub saxlanmasına və insan hüquqlarının müdafiəsinə töhfə vermək daxildir.

"Bu konfrans, sadəcə, akademik fikir mübadiləsi deyil, həm də ədalət və sülh naminə kollektiv iradənin nümayişi olacaq",- deyə Ş. Pənahov əlavə edib.

Fotoqraf- Orxan Kərimov
Operator- Vüsal Taqiyev
Seçilən
18
1
azertag.az

2Mənbələr