AZ

Kanada Siqh Federasiyasının sədri: Bakıda şahidi olduğumuz beynəlxalq həmrəylik böyük əhəmiyyət kəsb edir

Bakı, 3 iyun, AZƏRTAC

Siqh xalqının Azərbaycanla çox dərin tarixi bağları var. Son 5-6 ay ərzində mən dəfələrlə Bakıda olmuşam və tam məsuliyyətlə deyə bilərəm ki, burada hər zaman xoş niyyətlə qarşılanmışıq. Bizə burada dialoq aparmaq üçün geniş imkanlar yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda söyləyib.

O bildirib ki, azadlıq axtarışında olan bir xalq üçün onlara göstərilən bu hörmət və ləyaqətli münasibət çox böyük əhəmiyyət kəsb edir.

"Hindistanın dezinformasiya ilə siqhləri dünyaya "ekstremist" və "terrorçu" kimi təqdim etdiyi bir vaxtda, Bakı platforması bizim üçün əvəzsizdir. Eyni zamanda, Hindutva rejimi bizə qarşı assimilyasiya siyasəti yürüdür. Belə bir dönəmdə Bakıda şahidi olduğumuz beynəlxalq həmrəylik böyük əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb.

Fotoqraf - Orxan Kərimov
Operator - Vüsal Taqiyev
Seçilən
22
2
azertag.az

3Mənbələr