AZ

Dabindercit Sinqh: Amritsar hadisələrini milli məhkəmələrə çıxarmaq mümkündür

Bakı, 3 iyun, AZƏRTAC

1948-ci il BMT Konvensiyasına əsasən, bir əməlin genosid sayılması üçün əsas şərt onun xüsusi bir qrupu qəsdən və tamamilə, qismən məhv etmək niyyəti ilə törədilməsidir. Siqhlər də beynəlxalq hüquq tərəfindən bu konvensiya çərçivəsində qorunan xüsusi etnik və dini qrupdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Dabindercit Sinqh Sidhu Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda söyləyib.

O bildirib ki, 1984-cü ilin iyununda Amritsarda baş verən hadisələrin genosid olub-olmadığını qiymətləndirərkən üç əsas meyar nəzərə alınır. Siqhlərin öldürülməsi, onlara ciddi fiziki və ya psixoloji zərər vurulması və onların məhvinə səbəb ola biləcək həyat şəraitinin qəsdən yaradılması.

“Hindistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmədiyindən, məsələni Genosid Konvensiyasını ratifikasiya etmiş dövlətlərin milli məhkəmələrində qaldırmaq mümkündür”, - deyə o əlavə edib.

Fotoqraf- Orxan Kərimov
Operator- Vüsal Tağıyev
Seçilən
22
3
azertag.az

4Mənbələr