AZ

13 minə yaxın şagird monitorinqə cəlbOLUNACAQ

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə IV və VI siniflərdə monitorinqə cəlb olunacaq şagirdlərin sayı məlum olub.

Redaktor.az xəbər verir ki, idarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, region üzrə 25 mərkəzdə monitorinq kağız daşıyıcısı üzərində, iki mərkəzdə isə elektron formada keçiriləcək.

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində IV sinifdə təhsil alan 6 279 nəfər, VI sinifdə təhsil alan 6 666 nəfər şagird monitorinqə cəlb olunacaq.

Qeyd edək ki, 5–6 iyun tarixlərində respublikanın bütün ümumtəhsil məktəblərində təhsil alan IV və VI sinif şagirdləri müvafiq fənlər üzrə monitorinqə cəlb olunacaqlar.

Seçilən
4
1
redaktor.az

2Mənbələr