AZ

Rusiya Fars körfəzi üçün yeni təhlükəsizlik konsepsiyasını açıqladı

Rusiya Xarici İşlər Nazirliyi 2021-ci ildə hazırlanmış Fars körfəzində təhlükəsizliyin təmin edilməsi üzrə Rusiya konsepsiyasının yeniləndiyini açıqladı.

Turkustan.az xəbər verir ki, konsepsiyada Fars körfəzindəki təhlükəsizlik sisteminin universal və bölünməz olması, üzv dövlətlərin maraqlarına hörmət edilməsi, Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi, nüvə silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq terrorizm kimi məsələlərə birgə mübarizə aparılması vurğulanır.

Nazirliyin açıqlamasında ABŞ və İsrailin İrana hücumları səbəbindən Fars körfəzi bölgəsinin ciddi bir böhran yaşadığı və bölgədə gərginliyi azaltmaq, rifahı artırmaq və əməkdaşlığı gücləndirmək üçün uzunmüddətli həll yolları tapmaq üçün kollektiv siyasi və diplomatik səylərin zəruri olduğu qeyd edilib.

Bəyanatda Fars körfəzində ölkələrin qanuni maraqlarını qoruyacaq və onları xarici müdaxilələrdən qoruyacaq bir təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyi vurğulanaraq, bu əsasda dövlətlər arasında yeni və davamlı münasibətlər arxitekturasının qurula biləcəyi qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr