AZ

Mütəxəssis ən pis səhər yeməyi seçiminiAÇIQLADI

Dietoloq Luyis Miralles xəbərdarlıq edib ki, bəzi məşhur səhər yeməkləri sağlamlıq üçün zərərli ola bilər.

Redakror.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.

Həkim qeyd edik ki, yağlı tost, kolbasa və qəhvədən ibarət səhər yeməyi günə başlamaq üçün ən pis seçimlərdən biridir.

Onun sözlərinə görə, bu cür qidalar çoxlu emal olunmuş məhsullar və rafinə edilmiş un ehtiva edir. Nəticədə insan tez acır, qanda şəkər səviyyəsi sürətlə yüksəlir və gün ərzində şişkinlik hiss edə bilər.

Mütəxəssis qeyd edib ki, belə səhər yeməyinin müntəzəm istifadəsi metabolik və hormonal balansın pozulmasına da səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr