BAKI, 3 iyun. TELEQRAF
Təzyiqlər fərqli düşünən hər kəsi hədəf alır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-də Dalit icmasının nümayəndəsi Lal Anita “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, siqh xalqının üzləşdiyi təqiblər tarixi xarakter daşıyır və Dehlinin həyata keçirdiyi sərhədlərarası repressiyalar qlobal miqyasda davam edir:
“Sözügedən təzyiqlər təkcə siqhləri deyil, həmçinin dalitləri, müsəlmanları və mövcud siyasi xətlə razılaşmayan hər kəsi hədəfə götürür”.
Lal Anita transmilli aqressiya qorxusu altında yaşayan yüz milyonlarla insana ədalət şansının verilməsinin vacibliyini diqqətə çatdırıb.
O, bu həssas mövzunun müzakirəsi üçün platforma yaradan Bakı Təşəbbüs Qrupuna və Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib.