Mayın 20-də “Xəzər Lənkəran”ın ölkədaxili yarışlarda son dəfə meydana çıxmasının 10 ili tamam oldu. “Xəzər Lənkəran” rəsmiləri, veteran futbolçular – çoxları bu məqamı gözdən qaçırmadı, sosial şəbəkədə paylaşım etdi.
Daha bir maraqlı məqam odu ki, məhz həmin günlərdə vaxtilə kluba sponsorluq edən “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun komandanın veteranları - Alim Qurbanov və Zaur İsmayılovda şirkətində görüşməsi oldu. Həmçinin bu klubla heç bir əlaqəsi olmayan Futbol Veteranları İttifaqının sədri, “Turan Tovuz” rəhbərliyində təmsil olunan Oqtay Abdullayev də görüşə qatılmışdı. Veteran futbolçu ilə səfərlə bağlı söhbət etdik.
- Oqtay bəy, Alim Qurbanovla Zaur Ramazanovu anladıq. Siz nə yaxşı ordaydız? Mübariz Mənsimovla əvvəldən tanışlığınız var idi?
- Mübariz müəllimi ancaq televiziyada görmüşdüm. O günə qədər heç salamlaşmamışdım da. Xəstəm var idi, ona görə Türkiyədəydim, Zaur da bunu bilirdi. Məni o dəvət etdi görüşə. Dedi ki, veteransan, sən də gəl. Mübariz müəllimə də deyib ki, veterandı, ağsaqqalımızdı. Mübariz müəllim də deyib ki, gəlsin.
- Deməli, Mənsimovla tanış olduz. Görüş və Mübariz bəy haqda təəssüratız necədi?
- Çox müsbət. Yaxşı insandı. Futbol üçün ürəyi yanır, futbolsevər insandı.
- Necə oldu ki, bu görüş baş tutdu?
- Lənkəran camaatı Zaurdan xahiş ediblər ki, sənin Mübariz müəllimlə münasibətin yaxşıdı, get görüş. Camaat Lənkəranda futbolun olmasını istəyir. Mübariz müəllim də bu təklifi müsbət qarşıladı. Dedi ki, borcum yoxdu. Stadionun təmirinə və başqa işlərə də kömək edərəm. Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyir. İndi yığmanın toplanışıdı, xaricə gediblər. Gələndən sonra görüşəcəklər. Belə başa düşdüm ki, Mübariz müəllm kluba pul yatıracaq. Dedi hər cür kömək edərəm, “Beşiktaş”dan da pul göndərərəm. Dedi ki, komanda elitaya çıxana qədər də kömək edəcəm.
- Hazırda Region Liqasında “Lənkəran” klubu var. Vəsait bu kluba yatırılacaq, yoxsa “Xəzər Lənkəran”a?
- Vallah, dəqiq bilmirəm.
Hazırda gündəmi zəbt edən mövzu “Turan Tovuz”un avrokuboklardan kənarda qalmasıdı. 2019-ci ildə başverənlərə görə klub KL-dən kənarda qala bilər. O vaxt klubun prezidenti Oqtay Abdullayev idi. Fürsət düşmüşkən, Oqtay bəylə bu haqda da danışdıq.
- O vaxtlar alqı-satqı çox olurdu. AFFA rəhbərliyi bütün klublar üçün seminar kecirirdi. Bizə deyirdilər ki, şübhələnsəz, bildirin. Biz də üç il ərzində müraciətlər etmişdik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən 7 futbolçuya zəng etmişdilər, heç məktub da gəlməmişdi. İndi məni günahlandırırlar. Mən olmuşamsa, niyə o vaxt mənə heç nə gəlməyib? 1-ci liqada qalib olsaydıq, nə olacaqdı? Cavan oğlan gəlib (Ehtiram Quliyevi deyir - red), cibindən pullar xərcləyir. Belə adamı niyə futboldan qaçırırlar? Quliyev klubu götürəndə deməliydilər ki, belə məsələ var. Ötən mövsüm də son ana qədər avrokuboka getmək şansımız var idi. Niyə deməmişdilər? Bundan sonra hansısa imkanlı adam gəlib futbola baxar?
- Belə çıxır ki, xəbərlər doğrudu…
- Bilmirəm bu məsələni kim qaldırıb, amma hə, belə məsələ var.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta