AZ

Alik Aleksanyan həbs edildi

BAKI, 3 iyun. TELEQRAF

Müxalif “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Alik Aleksanyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, Alik Aleksanyan iyunun 2-də saxlanılıb, ona qarşı “Mitinqdə iştirak etmək üçün maddi marağın artırılması” və “Xüsusilə külli miqdarda çirkli pulların yuyulması” ittihamları üzrə cinayət işi başlanıb.

“Güclü Ermənistan” partiyasının sədri rusiyalı oliqarx Samvel Karapetyandır.

Seçilən
28
teleqraf.com

1Mənbələr