AZ

Lənkəranda 51 yaşlı kişi faciəvi şəkildə öldü

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən piyada, 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub.
 
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 51 yaşlı piyada hadisə yerində həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
3
2
moderator.az

4Mənbələr