BAKI, 3 iyun. TELEQRAF
Beynəlxalq Siqh Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanacaq.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sənəd tərəflər arasında akademik əməkdaşlığın inkişafına, etnik və dini azlıqların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.