AZ

Ermənistan və BMT Turizm Təşkilatı əməkdaşlığı müzakirə ediblər ÖZƏL

Olaylar.az xəbər verir ki, Madrid də keçirilən Feminist Diplomatiya üzrə 5-ci Nazirlər Konfransı çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT-nin Turizm üzrə baş katibi Şeyxa Naser Əl Nüeys ilə görüşüb. Tərəflər bu ilin martında Andorrada əldə olunmuş razılaşmaların icrasını və mövcud əməkdaşlığın inkişafını müzakirə ediblər. 

Görüşdə Ermənistanın tibbi turizm potensialının tam reallaşdırılmasının, eləcə də ölkədə keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) BMT Turizm Təşkilatının aktiv iştirakının və birgə təşəbbüslərin önəmi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr