AZ

3 iyun – Ümumdünya Velosiped Günüdür

Hər il 3 iyun tarixində qeyd olunan Ümumdünya Velosiped Günü velosipedin sadə, əlçatan və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Bu gün sağlam həyat tərzinin təşviqi, ətraf mühitin mühafizəsi və dayanıqlı nəqliyyatın inkişafı ilə bağlı maarifləndirmənin artırılmasına xidmət edir.

Dayanıqlı nəqliyyat iqtisadi inkişafı dəstəkləyir və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir. Bu baxımdan velosiped həm insan sağlamlığı, həm də ətraf mühit üçün faydalı nəqliyyat vasitəsidir. Eyni zamanda bu nəqliyyat növünün təşviqi daha yaşıl, təhlükəsiz və insan yönümlü şəhərlərin formalaşmasını dəstəkləyir. 

Qeyd edək ki, Ümumdünya Velosiped Günü 2018-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis olunub və həmin tarixdən etibarən hər il beynəlxalq səviyyədə qeyd edilir.

Seçilən
26
ekologiya.az

1Mənbələr