AZ

"Gəncə"nin voleybolçusu Ukrayna millisinə dəvət alıb

Bakı, 3 iyun, AZƏRTAC

"Gəncə"nin voleybolçusu Olena Napalkova Ukrayna milli komandasına dəvət alıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, voleybolçu Millətlər Liqası və Avropa çempionatının oyunları üçün yığmaya çağırılıb.

Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq və Ukrayna millisi iyunun 3–7-də ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.

Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də isə Çexiyada mübarizə aparacaq.

Seçilən
30
1
azertag.az

4Mənbələr