AZ

“Ermənistan hakimiyyəti Aİ-yə üzv olmaq üçün Rusiyadan istifadə etmək istəyir” - Volodin

“Ermənistan hakimiyyəti gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Rusiyadan istifadə etmək istəyir və bu, istismarçı bir münasibətdir”.

Missiya.Az xəbər verir ki, bunuRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq və Rusiya ilə münasibətlər qurmaq istəyirik kimi bəyanatlar verirlər. Bu, hansı münasibətlərdir? İstismarçı? Ölkəmizdən bu mərhələdən keçmək və Avropa İttifaqına qoşulmaq üçün istifadə etmək. Bu, dürüst deyil”, - deyə siyasətçi vurğulayıb.

Volodin əlavə edib ki, Rusiya Ermənistana və onun sakinlərinə kömək edir. Rusiya təbii qazı Ermənistan üçün dörd dəfə ucuzdur və Rusiya bu ölkə üçün satış bazarıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr