AZ

Milimizi Avropada yarımfinala aparan darmadağın - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.

"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.

Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

Daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.

Seçilən
5
1
sportinfo.az

10Mənbələr