AZ

Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

Dünya bazarında bitki yağlarının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib.

Marja.az Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, may ayında günəbaxan, raps və soya yağının orta dünya birja qiymətləri son illərin maksimum göstəricilərinə çatıb.

May ayında günəbaxan yağının orta qiyməti aprel ayı ilə müqayisədə 1,3% də artaraq ton üçün 1505 dollar təşkil edib. Beləliklə, günəbaxan yağının qiyməti 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. Həmin vaxt bu məhsulun qiyməti ton üçün 1556,87 dollar olmuşdu.

Raps yağının qiyməti isə aprel ayı ilə müqayisədə mayda 8,7% artaraq ton üçün 1472,53 dollara çatıb. Bu göstərici 2022-ci ilin avqustundan bəri maksimum səviyyədir. 2022-ci ilin avqustunda raps yağının orta qiyməti ton üçün 1638,85 dollar təşkil etmişdi.

Soya yağının qiyməti də may ayında kəskin bahalaşıb. Bu məhsulun dəyəri əvvəlki ayla müqayisədə 7,4% artaraq ton üçün 1775,26 dollar olub. Nəticədə soya yağının qiyməti 2022-ci ilin mayından bəri ən yüksək həddə çatıb. Həmin dövrdə soya yağının qiyməti ton üçün 1 962,88 dollar idi.

Seçilən
22
1
marja.az

2Mənbələr