Kürdəmirdə avtomobil anidən yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Soltan Şıxəliyev küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Röyal Elniz oğlu Gülmalıyevə məxsus "VAZ" ("LADA") markalı avtomobil anidən alışıb yanmağa başlayıb. Bu zaman yanar vəziyyətdə hərəkətə gələn nəqliyyat vasitəsi qarşısındakı "Hyundai" markalı avtomobilə çırpılıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.
İlkin ehtimala görə, yanğın avtomobildə baş verən qısaqapanma səbəbindən qaynaqlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu