AZ

Xarici kəşfiyyat: Rus kilsəsi Ermənistandan çıxarılır

BAKI, 3 iyun. TELEQRAF

“Avropa İttifaqı (Aİ) aqressiv şəkildə Rus Pravoslav Kilsəsini Ermənistandan çıxarmağa başlayıb. Aİ-yə inteqrasiya üçün məcburi şərt olaraq Ermənistan hakimiyyətindən Moskva ilə dini-mənəvi əlaqələri tamamilə kəsmək tələb olunur”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) məlumat yayıb.

XKX bildirib ki, bu ilin aprel ayında Ermənistanda yaradılmış Aİ Tərəfdaşlıq Missiyası bu siyasi-ideoloji problemin həlli çərçivəsində Rus Pravoslav Kilsəsinə qarşı şiddətli hücuma başlayır. İddia edilib ki, Aİ Rus Pravoslav Kilsəsini Ermənistanda daşınmaz əmlakından istifadə hüququndan məhrum etməyə, eləcə də onun Erməni Apostol Kilsəsi ilə əlaqələrini əngəlləməyə çalışır.

“Əldə etdiyimiz məlumata görə, avropalılar hazırda Ermənistan hakimiyyətini genişmiqyaslı təqiblərə başlamağa təhrik etmək üçün Rus Pravoslav Kilsəsinin və Erməni Yeparxiyasının digər nümayəndələrinə qarşı kompromat materiallar hazırlayırlar”, - qurum əlavə edib.

Seçilən
24
teleqraf.com

1Mənbələr