AZ

Volodindən İrəvana ağır sillə: "Fransızlar əmri verdi, Ermənistan öz identikliyini itirdi"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa İttifaqına (Aİ) üzv olmağa can atan Ermənistan hakimiyyətinə qarşı olduqca sərt, ifşaedici və sensasiyalı bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, rusiyalı spiker rəsmi İrəvanın kor-koranə Qərbə meyillənməsini tənqid edərək, Avropanın vaxtilə Ukraynaya verdiyi yalançı iqtisadi vədləri indi də Ermənistana sırıdığını bildirib.

Volodin xatırladıb ki, Ukrayna məhsulları illərdir rəqabətədavamlı olmadığı bəhanəsi ilə Avropa bazarlarına buraxılmır və eyni acı tale indi də Ermənistanı gözləyir.

Ermənistanın ixrac potensialını və iqtisadiyyatını tamamilə itirmək təhlükəsi ilə üz-üzə qaldığını vurğulayan Volodin, İrəvanın milli qüruru sayılan məhsullarla bağlı şok bir həqiqəti açıqlayıb:

"Yaxşı, Ermənistan Avropaya nə satacaq? Onlar şərablarını bizə (Rusiyaya) satırlar. Fransa Prezidenti Emmanuel Makron İrəvana gəldi, Nikol Paşinyanla qucaqlaşdılar, şəkillər çəkdirdilər... Elədirsə, gedin müqavilə bağlayın, şərabınızı Fransaya satın! Amma sata bilməzlər. Hətta ermənilərin məşhur konyakı rəsmən əllərindən alındı, fransızlar onlara "sizin istehsal etdiyiniz məhsul konyak yox, sadəcə brendidir" deyərək qəti qadağa qoydular. Ermənistan eynilə Ukrayna kimi öz milli identikliyini tamamilə itirmək üzrədir".

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr