“Qarabağ”ın və milli komandamızın üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu ölkənin tanınmış klublarından biri olan “Panatinaikos” təcrübəli futbolçunu transfer etmək istəyir.
Artıq futbolçu ilə danışıqlara başlayan Afina klubu eyni zamanda “Qarabağ”la transfer məbləğini razılaşdırmağa çalışır.
Xatırladaq ki, Elvin Cəfərquliyev intizam qaydalarını pozduğuna görə “Qarabağ” tərəfindən transferə çıxarılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta