AZ

ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür- ÖZƏL

"ABŞ və İran arasında baş verən hərbi toqquşma Tehranın mövqeyini gücləndirib. Ötən gecə SEPAH Küveyt, İraq və BƏƏ-də olan  strateji obyektlərə zərbələr endirib. İran bununla ABŞ müharibəni daha da genişləndirə bilərəm mesajını verdi. Danışıqların davam etdiyi vaxtda ABŞ Hörmüzdə İran Tankerinə hücumu bir növ Vaşinqtonun Tehrana qarşı təzyiqidir. Bu təzyiqlərlə Vaşinqton hesab edir ki, İran danışıqları masasında ABŞ güzəştə gedəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının Başqan miavini Məhəmməd Əsədullazadə deyib: "Hazırda İran və ABŞ arasında bu ayın axırına kimi hərhansı bir çərçivə sazişinin imzalanması gözlənilmir.  ABŞ İrana qarşı kaputilyasiya təklifindən geri çəkilib. Hazırda irəli sürdüyü şərtlər SEPAH qane etmir. 
İran hazırkı müstəvidə ABŞ-ın tam şərtlərini qəbul istəmir. Amma, daxildə sosial problemlər və iqtisadi infilyasiya İran hakimiyyət sistemində dərin fikir ayrılıqları və narazılıqlar yaradıb. ABŞ hərbi əməliyyatlarla İranı danışıqlar masasına gətirə bilmədi. Yalnız iqtisadi sanksiyalarla bunu edə bilir. Məhz Tehranın danışıqlar masasına gəlməsi, hərbi təzyiqlərdən deyil, iqtisadi kollapsdan irəli gəlir. 
Yaxın Şərqin siyasi nizamı yenidən qurulacaq. Hazırkı gərgin və fiaskoya uğrayan siyasi nizamin yenidən qurulması üçün bir neçə il lazım gələcək. 
İrana qarşı həyata keçirilən müharibədə D. Tramp İranı nüvənin zənginləşdirməsini dayandıracaq müqavilə əldə edə bilməsə, payızda Kongres seçkilərində partiyası demokratlara uduzması mümkün ola bilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr