AZ

Peskovdan sərt mesaj:“Cavablar artıq sistemlidir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrə cavabın sistemli xarakter daşıdığını və artıq bu prosesin başladığını bildirib.

Redaktor.az xəbər verir ki, Peskov bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, Sankt-Peterburqa dron hücumuna Moskvanın necə cavab verəcəyi ilə bağlı sualı şərh edərək deyib: “Xarici İşlər Nazirliyinin cavablarımızın sistemli olacağını bildirən açıqlamasını xatırlatmaq istərdim. Əslində, onlar artıq belədir”.

Qeyd edək ki, Rusiya tərəfi Ukrayna tərəfindən həyata keçirilən hücumlara qarşı cavab tədbirlərinin davam etdiyini vurğulayır. Rəsmi Kiyev isə bu açıqlamalara münasibət bildirməyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
18
1
redaktor.az

2Mənbələr