AZ

ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür- ÖZƏL

"ABŞ və İran arasında baş verən hərbi toqquşma Tehranın mövqeyini gücləndirib. Ötən gecə SEPAH Küveyt, İraq və BƏƏ-də olan  strateji obyektlərə zərbələr endirib. İran bununla ABŞ müharibəni daha da genişləndirə bilərəm mesajını verdi. Danışıqların davam etdiyi vaxtda ABŞ Hörmüzdə İran Tankerinə hücumu bir növ Vaşinqtonun Tehrana qarşı təzyiqidir. Bu təzyiqlərlə Vaşinqton hesab edir ki, İran danışıqları masasında ABŞ güzəştə gedəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının Başqan miavini Məhəmməd Əsədullazadə deyib: "Hazırda İran və ABŞ arasında bu ayın axırına kimi hərhansı bir çərçivə sazişinin imzalanması gözlənilmir.  ABŞ İrana qarşı kaputilyasiya təklifindən geri çək...
[13:50, 2026-06-03] Alim: Xocalıdakı "Qarabağ Tekstil Evi"ndə çalışacaq şəxslər üçün peşə kurslarının təşkilinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda "Qarabağ Tekstil Evi" MMC-də çalışacaq bölgə sakinləri üçün peşə kurslarının təşkilinə başlayıb. Nazirlikdən "Olaylar2a bildirilib ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə "Qarabağ Tekstil Evi" MMC-nin əməkdaşlığı çərçivəsində dərzi peşəsi üzrə təşkil olunan kurslara ilk mərhələdə 27 nəfər cəlb olunub.  

Kurs qeyd edilən istehsal müəssisəsinin bazasında təşkil olunub. İştirakçılara peşə üzrə nəzəri və praktiki biliklər tədris edilir. Kursun yekununda onların müasir istehsalat prosesinə uyğun bacarıqlar əldə etmələri təmin olunacaq. Peşə hazırlığı kursunu uğurla başa vuran şəxslərin "Qarabağ Tekstil Evi"ndə  işlə təminatı həyata keçiriləcək.

Yaxın günlərdə "Qarabağ Tekstil Evi" üçün daha bir qrup şəxsin də peşə hazırlığına başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr