AZ

Lənkəranda 51 yaşlı piyadanı maşın vuraraq öldürdü

Lənkəranda qəzada piyada ölüb.


Manset.az xəbər verir ki, hadisə gecə saat 3 radələrində Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 22 yaşlı Elsevər Məhərrəmov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, piyada 51 yaşlı Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Əliyar Qulamov hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Nuranə Alisoy

Seçilən
5
1
manset.az

2Mənbələr