AZ

Karapetyanın yaxın tərəfdarı həbs edildi

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan məhkəməsi Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanın əsas tərəfdarlarından biri Alik Aleksanyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Aleksanyan çox böyük miqdarda pul vəsaitlərinin yuyulması və seçicilərin ələ alınması maddələri ilə ittiham olunur.

İstintaqın versiyasına əsasən, Aleksanyan “Özünəməxsus” ictimai təşkilatının təsisçisi və icraçı direktoru kimi 2025-ci ilin oktyabrından 2026-cı ilin martına qədər “Taşir” fondundan təxminən 4,4 milyon dollar və 230 min avro məbləğində vəsait alıb. Bu vəsaitlərin hədiyyə və kredit adı altında təqdim olunduğu iddia edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axar.az

1Mənbələr