AZ

Parisdə tutsilərə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş memorialın açılışı olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris, 3 iyun, AZƏRTAC

Ruanda Prezidenti Pol Kaqame və Fransa Prezidenti Emmanuel Makron Parisdə 1994-cü ildə tutsilərə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş memorialın açılışını ediblər.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində tarixi barışıq və məsuliyyət mövzularına həsr olunan çıxışında Pol Kaqame Fransanın keçmişlə üzləşmək istiqamətində göstərdiyi geri dönməz səyləri yüksək qiymətləndirib. O, eyni zamanda, Ruandada ədalətin bərpası və milli özünüdərkin ölkənin yenidən qurulmasında əsas rol oynadığını vurğulayıb.

Kaqame soyqırımı qurbanlarından sağ çıxan insanları canlı memoriallar adlandıraraq bildirib ki, Parisdə yaradılan yeni abidə həqiqəti zamanın unutqanlığından qoruyur və Ruanda xalqının ləyaqətinin bərpasına xidmət edir.

Ruanda Prezidenti bildirib ki, Fransa öz rolunu qəbul etməkdə geciksə də, həqiqətin üzə çıxarılması, soyqırımı törədən şəxslərin Fransa ərazisində mühakimə olunması və soyqırımının inkarına qarşı hüquqi tədbirlərin görülməsi baxımından digər ölkələrdən daha irəli gedib.

Qeyd edək ki, tutsilərə qarşı soyqırımı 1994-cü ildə baş verib. Həmin ilin aprel–iyul ayları ərzində hutular tərəfindən həyata keçirilən qətliamlar nəticəsində təxminən bir milyon insan həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2004-cü ildə, soyqırımının 10-cu ildönümü münasibətilə, 7 aprel tarixini Ruandada tutsilərə qarşı soyqırımı ilə bağlı Beynəlxalq Anım Günü elan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
azertag.az

1Mənbələr