AZ

Azərbaycanın U-20 millisi Pakistanla yoxlama oyunu keçirəcək

BAKI, 3 iyun. TELEQRAF

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İyunun 9-da Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:30-da başlanacaq.

Qeyd edək ki, U-20 millimiz iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

Seçilən
9
3
teleqraf.com

5Mənbələr