Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyevanın vəziyyəti pisləşib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, təcili xəstəxanaya yerləşdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abbasquliyevaya, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədliyə hökm oxunmalıdır.
Məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.
Orxan Rasifoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.