Millimizin sabiq üzvü Cavid İmamverdiyevin yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, o, Region Liqası təmsilçisi "Ağsu Siti" ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Maraqlıdır ki, Cavidə II Liqa, hətta I Liqa klublarından təkliflər olub. Amma nədənsə o, "Region Liqası"nda oynamağı üstün tutub. Görünən budur ki, ağsuluların şərtləri daha əlverişli olub.