AZ

TƏCİLİ: Kahramanmaraşda ZƏLZƏLƏ OLDU

Türkiyənin Kahramanmaraş vilayətindən 4,4 bal gücündə zəlzələ olub.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. yerin təxminən 12 kilometr dərinliyində baş verən yeraltı təkanlar yerli vaxtla saat 13:12-də qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya itki qeydə alınmayıb.

Qəhrəmanmaraş valisi Mükerrem Ünlüer zəlzələ ilə bağlı rəsmi açıqlama verərək bu fikirləri ifadə edib:

"Bazarciq rayonumuzda 4.4 bal gücündə zəlzələ baş verib. AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları ərazidə monitorinqləri davam etdirir. Hazırda hər hansı bir olumsuz vəziyyət yoxdur. Zəlzələdən zərərçəkən və qorxu yaşayan vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Uca Allah ölkəmizi və millətimizi bütün fəlakətlərdən qorusun".

 Musavat.com.

Seçilən
7
7
musavat.com

10Mənbələr