AZ

Devid Bekhemə Şöhrət Xiyabanında təqdim olunacaq ulduzun dəqiq tarixi məlum olub

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərə futbolunun əfsanələrindən olan Devid Bekhemə Şöhrət Xiyabanında ulduz iyunun 12-də Los-Ancelesdə təşkil olunacaq tədbirdə veriləcək.

İdman.Biz xəbər verir ki, tədbirdə Hollivud ulduzu Tom Kruz və sabiq futbolçunun həyat yoldaşı Viktoria Bekhem çıxış edəcəklər.

Devid Bekhemin “Şöhrət xiyabanı”nda ulduz alacağı hələ 2024-cü il iyunun 24-də məlum olmuşdu. Həmin vaxt “Hollywood Chamber of Commerce” 2025-ci il laureatlarının siyahısını açıqlamışdı. Bekhem “Sports Entertainment” kateqoriyası üzrə 2849-cu ulduzun sahibi olacaq. Mərasim ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının startına həsr olunub.

Məlumat üçün onu da əlavə edək ki, Bekhem may ayında sərvəti bir milyard funt sterlinqi (2.24 milyard AZN) keçən ilk britaniyalı idmançı kimi tarixə düşüb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
icma.az

1Mənbələr