AZ

“ABC News”: Ağ Ev İranın nüvə güzəştlərini yazılı şəkildə təmin etməyə çalışır

ain.az bildirir, Ayna portalına istinadən.

Vaşinqton və Tehran arasında ilkin razılaşmanın bir hissəsi olaraq İranın yazılı nüvə zəmanətləri verməsində israr edir

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında ilkin razılaşmanın bir hissəsi olaraq İranın yazılı nüvə zəmanətləri verməsində israr edir. AYNA.AZ xəbər verir ki, bu barədə “ABC News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Yayımçının məlumatına görə, İran nümayəndələri nüvə proqramı ilə bağlı bir sıra şərtlərə razılıq verməyə hazır olduqlarını şifahi şəkildə bildiriblər. Lakin Ağ Evdə keçirilən görüşdə Tramp bu şifahi zəmanətləri yetərsiz hesab edib.

ABŞ-İran danışıqlarının əsas mövzusu atəşkəsin rəsmi olaraq uzadılmasını, Hörmüz boğazının tədricən açılmasını təmin etməyi və İranın nüvə proqramı ilə bağlı gələcək müzakirələr üçün vaxt çərçivəsi müəyyən etməyi nəzərdə tutan anlaşma memorandumudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
ayna.az

1Mənbələr