AZ

Ukraynanın xarici işlər naziri “UPA qəhrəmanları” ilə bağlı qalmaqala münasibət bildirib

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin bölməsinin “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” kimi tanınması ilə bağlı Polşa ilə mübahisələr fonunda Ukraynanın xarici işlər naziri Andrey Sybiha əsgərlərin “qeyd-şərtsiz hörmətə” layiq olduğunu və “anti-Polşa” mənasını vermədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, paylaşım onun Facebook səhifəsində dərc olunub.

Sibiha bildirib ki, Ukrayna hərbçiləri adı özləri seçiblər və həmçinin “müdafiəçilərin qeyd-şərtsiz hörmətə layiq olduqlarını” vurğulayıblar.

“Bu gün məhz onlar sağlamlıqları və çox vaxt həyatları bahasına cəbhə xəttini tutur və bütün Avropanı Rusiya təhlükəsindən qoruyurlar. Və onlar bunun üçün ən yüksək qiyməti ödəyirlər. Əminəm ki, əsgərlərimizin ağlında Polşa əleyhinə heç nə yox idi. Onlar üçün söhbət illər əvvəl imperial Moskvaya, bolşevik-kommunist işğalına və repressiyalara qarşı vuruşanları şərəfləndirməkdən gedirdi”, – deyə o yazıb.

Nazir həmçinin Polşaya Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib. O, Kiyevin məsələləri qarşılıqlı anlaşma və açıqlıq ruhunda həll etmək niyyətində olduğunu bildirib və daha güclü münasibətlərə çağırıb.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr