
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imzalayıb-imzalamamaq barədə hələ yekun qərar qəbul etmədiyini etiraf edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.
"İndi mən bir qərar verməliyəm: saziş imzalayırıq, yoxsa başqa yolla gedirik, digər yol isə xoşagəlməzdir", — deyə o bildirib.
Amerika liderindən "digər yolla" hərəkət edəcəkləri təqdirdə ABŞ-ın nəyə nail olacağını soruşublar. "Aydınlığa. Hər şey bitərdi. Heç bir cəfəngiyata, heç bir danışıqlara, heç bir gecikmələrə yer qalmazdı, lakin mən sırf humanitar mülahizələrə görə bunu xoşluqla etməyə üstünlük verərdim", — deyə Tramp cavab verib.
Məryəm Quliyeva