AZ

Şəhidə görə verilən müavinəti bu şəxslər ala bilər – SİYAHI

Zaman-zaman şəhid ailələrinə ödənilən müavinət ətrafında müzakirələr gedir.

Aktual.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qanunvericiliyə əsasən, şəhid ailəsinə Prezident təqaüdü olaraq ayda 700 manat ödənilir:

"Həmçinin təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsi vəsaiti hesabına verilir. Aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

– ər-arvadı;

– valideynləri;

– 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşınadək);

– qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar);

– qanunla övladlarını saxlamalı şəxs yoxdursa, babaları və nənələri”.

Seçilən
49
2
ulusum.az

3Mənbələr