AZ

Rusiyanın Ukraynaya cavab zərbələri sistemlidir Peskov

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə cavabı sistemli olacaq və artıq belədir”. 

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən Xarici İşlər Nazirliyinin cavablarımızın sistemli xarakter daşıyacağına dair açıqlamasını xatırlatmaq istəyirəm. Əslində, onlar artıq sistemlidir", - Kreml sözçüsü deyib.

Əlavə edib ki, Rusiya Sankt-Peterburqa dron hücumuna bənzər hücumların təkrarlanmasının qarşısını almaq üçün xüsusi əməliyyatını davam etdirir.

Xatırladaq ki, bu gün Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov kütləvi dron hücumunun olduğunu bəyan edib. O bildirib ki, səhər tezdən Kronştadt, Kirovski və Krasnoselski rayonlarındakı infrastruktur obyektlərinə Ukrayna PUA-ları hücum edib. Nəticədə bir sıra obyektə ziyan dəyib, bir neçə nəfər yaralanıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
525.az

1Mənbələr