AZ

“Əmək müqaviləsinin bağlanması həm işə götürən, həm də işçi üçün vacibdir Liqa sədri

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əmək müqaviləsi işəgötürənlə işçilər arasında münasibətləri tənzimləyir. Əmək müqaviləsi tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. İşçi vəzifə öhdəliklərini pozduqda işəgötürən ona qarşı inzibati tənbeh tədbirləri görə bilər. İşçi üçün əmək müqaviləsinin mövcudluğu xüsusilə önəmlidir. Çünki rəsmi qaydada işlədiyi müddət ərzində onun pensiya kapitalı toplanır, tibbi sığortası olur, ona işsizlikdən sığorta haqqı ödənilir və hər hansı sığorta hadisəsi baş verdikdə ona ödəniş olunur”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bunu 525.az-a söyləyib. Liqa sədri qeyd edib ki, istehsalatda bədbəxt hadisə baş verdikdə, işçi "peşə xəstəliyi"nə tutulduqda icbari tibbi sığortadan istifadə edə bilir. Ölkədə əmək müqavilələrinin sayının hər il artması müsbət haldır:

“Əmək müqaviləsinin bağlanması həm işə götürən, həm də işçi üçün vacibdir. Dövlət iş yerlərində əmək müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki əmək müqaviləsi ilə işləyən şəxslər dövlətə vergi ödəyirlər”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
525.az

1Mənbələr