AZ

İranın Küveyt hava limanına hücumu nəticəsində 60-dan çox insan yaralanıb



İranın Küveyt Beynəlxalq Hava Limanına raket və pilotsuz təyyarə hücumu nəticəsində azı 63 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Əmirliyin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, sərnişinlər və hava limanı işçiləri yaralananlar arasındadır və onlar bütün lazımi tibbi yardımı alırlar.

Daha əvvəl ölkənin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalına İran raketləri və pilotsuz təyyarə hücum etdiyini bildirmişdi. Əmirlik Xarici İşlər Nazirliyinin açıqlamasına görə, hadisə nəticəsində bir nəfər ölüb və xeyli maddi ziyan dəyib.

Şeyda
Seçilən
10
newscenter.az

1Mənbələr