AZ

"Real Madrid"in yeni forması Foto

Axar.az saytına istinadən ain.az xəbər verir.

"Real Madrid" 2026/2027-ci illər mövsümündə geyinəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, "Adidas" şirkəti tərəfindən "Kral klubu" üçün xüsusi olaraq ərsəyə gətirilən bu yeni geyim dəstində komandanın ənənəvi ağ rəngi qorunub saxlanılıb.

Formanın yeni dizaynında diqqətçəkən tünd yaşıl və çəhrayı elementlərə yer verilib. Belə ki, "Adidas"ın loqotipi, sponsor adları, həmçinin yaxalıq və qol ucları tünd yaşıl rənglə işlənib. Markanın məşhur üç zolağı isə çiyinlərdə çəhrayı rəngdə öz əksini tapıb.

Qeyd edək ki, azarkeşlərin maraqla gözlədiyi bu yeni forma artıq iyunun 3-dən etibarən rəsmi satışa çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
axar.az

2Mənbələr