İyunun 2-də İsveçin Linçöping şəhərində yerləşən Saab şirkətinin müəssisəsində ilk iki nəfərlik JAS-39F Gripen qırıcı təyyarəsi təqdim olundu. Bu, Gripen NG nəslinin ilk iki nəfərlik təyyarəsidir. Oxuməni.az xəbər verir ki, bu barədə “Saab” öz press-relizində məlumat verib.
4000 bort nömrəli təyyarə Braziliya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulub. O, hələlik uçuş sınaqlarına başlamayıb.
Braziliya JAS-39F-in iki nəfərlik modifikasiyasının ilk sifarişçisi olub. 2014-cü ildə Braziliya 28 ədəd bir nəfərlik JAS-39E ilə birlikdə səkkiz ədəd iki nəfərlik təyyarə üçün müqavilə bağlayıb.
İsveç Hərbi Hava Qüvvələrinə gəldikdə isə, onlar yalnız bir nəfərlik JAS-39E versiyasında 60 ədəd Gripen NG təyyarəsi sifariş ediblər. Lakin hazırda onlar da əlavə təyyarə sifariş etmək imkanını nəzərdən keçirirlər, o cümlədən iki nəfərlik JAS-39F variantını da.
Hazırda daha bir neçə iki nəfərlik JAS-39F təyyarəsi Tailand və Kolumbiya silahlı qüvvələri üçün sifariş edilib.
JAS 39E/F, AESA radarı, yeni mühərrik, artırılmış uçuş məsafəsi və artırılmış maksimal qalxma çəkisi ilə təkmilləşdirilmiş Gripen təyyarəsidir.
Gripen NG təyyarələri JAS-39A/B/C/D Gripen modifikasiyalarından fərqli olaraq daha güclü General Electric F414G mühərriki (F404G əvəzinə) ilə təchiz olunub.
Gripen NG-nin maksimal qalxma çəkisi 14 000 kq-dan təxminən 16 000 kq-a qədər artırılıb. Daxili yanacaq ehtiyatı 40% artıb. Bu, əsas eniş şassisi dirəklərinin gövdədən qanada köçürülməsi sayəsində əlavə yanacaq üçün yer açılmasına imkan verib.
Almaz Həsənli